AFFA Mahir Emrelini cəzalandırdı
Tarix: 25-02-2020, 17:20
Baxılıb: 1 756
Google+ Paylaş
Tumblr Paylaş

AFFA Mahir Emrelini cəzalandırdı

25-02-2020, 17:20

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. 
İclasda Azərbaycan Premyer Liqasının 18-ci turunda  baş verənlər müzakirə olunub.
Premyer Liqanın 18-ci turunun “Sabah” – “Səbail” oyununun 15-ci dəqiqəsində meydan sahiblərini futbolçusu Yevgeni Koçuk kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 1600 manat cərimə olunub.
Xərək daşıyanların yaşı 18-dən aşağı olduğu üçün “Sabah” 800 manat cərimə olunub.
Premyer Liqanın 18-ci turunun “Qarabağ” – “Sumqayıt” oyununda meydan sahiblərinin futbolçusu Mahir Emreli qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
Oyunöncəsi iclasda polis nümayəndəsi təyin olunan vaxtda iştirak etmədiyinə görə “Qarabağ” 400 manat cərimə olunub
Premyer Liqanın 18-ci turunun “Qəbələ” – “Neftçi” görüşünün oyunöncəsi iclasında təcili yardım nümayəndəsi təyin olunan vaxtda iştirak etmədiyinə görə meydan sahibləri  400 manat cərimə olunub.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ