Ramil Şeydayevə görə Rusiya klubuna qadağa qoyuldu
Tarix: 5-02-2020, 23:03
Baxılıb: 1 029
Google+ Paylaş
Tumblr Paylaş

Ramil Şeydayevə görə Rusiya klubuna qadağa qoyuldu

5-02-2020, 23:03

Rusiya Futbol Federasiyası milli komandamızın hücumçusu Ramil Şeydayevin sabiq klubu "Dinamo"ya qarşı şikayətini təmin edib.
Avromedia.az xəbər verir ki, qurum Moskva "Dinamo"suna heyətinə yeni qatdığı futbolçuların qeydiyyatına və meydana çıxmasına qadağa qoyub. 
Yığmamızın forvardı Ramil Şeydayevin şikayətinə baxan federasiya rəsmiləri onunla müqavilə şərtlərinə əməl edilmədiyi qənaətinə gəlib. Federasiyanın qərarına əsasən, "Dinamo" Şeydayev qarşısında müqavilə öhdəlikləirini tam yerinə yetirdikdən sonra qadağa aradan götürülə bilər. Bu isə o deməkdir ki, Ramillə vaxtından əvvəl, heç bir səbəb olmadan iş müqaviləsini pozan Moskva klubu ona təzminat ödəməlidir.
Qeyd edək ki, Şeydayev "Dinamo"ya 2019-cu ildə "Krılya Sovetov"dan keçmişdi. /Qafqazinfo
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ