"Real Madrid" Braziliya klubunun 18 yaşlı futbolçusunu alıb
Tarix: 20-01-2020, 21:51
Baxılıb: 1 169
Google+ Paylaş
Tumblr Paylaş

"Real Madrid" Braziliya klubunun 18 yaşlı futbolçusunu alıb

20-01-2020, 21:51

Braziliya "Flamenqo"sunun futbolçusu Reynir İspaniya "Real Madrid"i ilə 2026-cı ilin yayınadək müqavilə bağlayıb.
"Report"un məlumatına görə, 18 yaşlı yarımmüdafiəçi 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə Braziliya yığmasının heyətindən çıxışını başa vurduqdan sonra "kral klubu"nun ikinci komandası "Kastilya"ya qoşulacaq.
Transfer məbləği rəsmən açıqlanmasa da, bəzi mətbu orqanlar "Flamenqo"ya 35 milyon avro ödənildiyini iddia edirlər. Bu məbləğin 80 faizi Braziliya klubuna, qalanı isə oyunçunun özü və agentinə çatacaq. 
Qeyd edək ki, Reynir 2019-cu il mövsümündə Braziliya çempionatında 14 oyuna 6 qol və 2 məhsuldar ötürmə müəllifi olub. O, son illərdə "Real Madrid"ə Braziliya çempionatından keçən üçüncü futbolçudur. "Kral klubu" 2017-ci ildə "Flamenqo"dan cinah yarımmüdafiəçisi Vinisius Junioru, 2018-ci ildə isə "Santos"dan hücumçu Rodriqo Qoesi alıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ