Bakıda 29 yaşlı gənci döyüb xəstəxanalıq etdilər
Tarix: 18-01-2020, 22:37
Baxılıb: 593
Google+ Paylaş
Tumblr Paylaş

Bakıda 29 yaşlı gənci döyüb xəstəxanalıq etdilər

18-01-2020, 22:37

Xətai rayonunda döyülmə hadisəsi baş verib.  
Avromedia.az xəbər verir ki, hadisə Nobel prospektində, “Günəş” marketin yaxınlığında qeydə alınıb.  
1991-ci il təvəllüdlü Əliyev Ağacan İntiqam oğlu tanıdığı şəxslərlə mübahisə edib.  
Nəticədə A. Əliyev döyülərək baş nahiyəsindən ağır xəsarətlər alıb. Yaralı huşsuz vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.  
Qapalı kəllə-beyin travması, üzün çoxsaylı kəsilmiş yarası diaqnozu qoyulan A.Əliyev Reanimasiya şöbəsinə yerləşdirilib.  
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.  
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ