Paytaxtda “Ford” markalı avtomobilin vurduğu piyada ölüb
Tarix: 17-01-2020, 18:37
Baxılıb: 1 133
Google+ Paylaş
Tumblr Paylaş

Paytaxtda “Ford” markalı avtomobilin vurduğu piyada ölüb

17-01-2020, 18:37

Binəqədi və Balakən rayonlarında ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Avromedia.az-a bildiriblər ki, Binəqədi rayonu S.Məmmədova küçəsində yolu keçən paytaxt sakini Həsən Sədrəddinov Bakı şəhər sakini E.Qasımov idarə etdiyi "Ford” markalı avtomobillə vurulub. Xəstəxanaya yerləşdirilmiş piyadanın həyatını xilas etmək mümkün olmayıb.

Balakən rayonunun Talalar kəndi ərazisində isə yolu keçən kənd sakini Abdurəhman Hacıyev Yeni Şərif kənd sakini C.Çunayevin idarə etdiyi "VAZ-21074” markalı avtomobillə vurulub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Hadisələrlə bağlı araşdırmalar aparılır.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ