Odessada kollecdə baş vermiş yanğında ölənlərin sayı 13-ə çatıb
Tarix: 11-12-2019, 23:50
Baxılıb: 1 183
Google+ Paylaş
Tumblr Paylaş

Odessada kollecdə baş vermiş yanğında ölənlərin sayı 13-ə çatıb

11-12-2019, 23:50

Ukraynanın Odessa şəhərində kollecdə baş vermiş güclü yanğında ölənlərin sayı 13-ə çatıb.
Avromedia.az RİA “Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Vəziyyətlər üzrə Dövlət Xidmətinin mətbuat xidməti bildirib.
Qeyd edilir ki, xilasedicilər dağıntıların təmizlənməsi zamanı daha bir meyit aşkarlayıblar.
"Yanğın nəticəsində ümumilikdə 13 nəfər həlak olub", - xəbərdə deyilir.
Hazırda xəstəxanalarda yanğın zamanı xəsarət almış səkkiz nəfər müalicə alır.
Ukrayna prezidenti Vladimir Zelenski Odessanın müvafiq orqanlarına yanğında zərər çəkənlərə kömək üçün bütün zəruri yardımları etməyi və faciənin başvermə şəraitini qısa zamanda aydınlaşdırmağı tapşırıb. 
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ