İtaliyada partlayış olub, ölənlər və yaralananlar var
Tarix: 21-11-2019, 08:36
Baxılıb: 1 165
Google+ Paylaş
Tumblr Paylaş

İtaliyada partlayış olub, ölənlər və yaralananlar var

21-11-2019, 08:36

İtaliyada pirotexniki vasitələr anbarında partlayış olub.
"Report" xəbər verir ki, bu barədə "La Repubblica" qəzeti öz saytında bildirib.
Məlumata görə, hadisə Siciliya adasında, Messina əyalətində qeydə alınıb.
Barçellona-Posso-di-Qotto yaşayış məntəqəsində baş verən partlayış zamanı azı 4 nəfər həlak olub. Qeyd edilir ki, ölənlər arasında firma sahibinin arvadı da var.
Qəzetin məlumatına görə, hadisə zamanı daha 2 nəfər xəsarət alıb, bir nəfər itkin düşüb. Yaralılar xəstəxanaya çatdırılıb, onlardan birinin vəziyyəti ağırdır.
Hadisənin başvermə səbəbləri müəyyənləşdirilir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ