Keçmiş prezidentin oğlu öldürüldü
Tarix: 20-11-2019, 22:24
Baxılıb: 1 168
Google+ Paylaş
Tumblr Paylaş

Keçmiş prezidentin oğlu öldürüldü

20-11-2019, 22:24

Qətlə yetirilən Frits fon Vaytzekker 2005-ci ildən Schlosspark klinikasının baş həkimi olub. Onun atası Rixard fon Vaytzekker 1984-1994-cü illərdə Almaniyanın prezidenti postunu tutub
 Almaniyanın keçmiş prezidenti Rixard fon Vaytszekkerin oğlu Fris fon Vaytszekker leksiya zamanı bıçaqla vurulub. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, o xəstəxanada dünyasını dəyişib.
Faciə Berlində Şarlottenburq sarayının yaxınlığında Schlosspark klinkasında baş verib. Belə ki, çıxışı zamanı Vaytszekkerə bir kişi yaxınlaşaraq onu bıçaqlayıb.
Aldığı xəsarətdən 59 yaşlı həkim dünyasını dəyişib. Eyni zamanda hücum edən şəxsə mane olmağa çalışan leksiya iştirakçılarından biri də xəsarət alıb. Şübhəli artıq həbs edilib. Hadisənin təfərrüatı hələ ki, açıqlanmır.
Qeyd edək ki, Frits fon Vaytzekker 2005-ci ildən Schlosspark klinikasının baş həkimi olub.
Onun atası Rixard fon Vaytzekker 1984-1994-cü illərdə Almaniyanın prezidenti olub.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ