Balakəndə avtomobil ağaca çırpılıb, sürücü xəsarət alıb
Tarix: 25-10-2019, 21:51
Baxılıb: 682
Google+ Paylaş
Tumblr Paylaş

Balakəndə avtomobil ağaca çırpılıb, sürücü xəsarət alıb

25-10-2019, 21:51

Balakəndə baş verən yol qəzasında sürücü ağır xəsarət alıb.
Avromedia.az xəbər verir ki, hadisə bu gün rayonun Sarıbulaq kəndi ərazisində qeydə alınıb.
Kənd sakini, 1993-cü il təvəllüdlü İsa Fərhad oğlu Kahayev idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək maşını yolun kənarındakı ağaca çırpıb. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan İ.Kahayev Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ona qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, sol gicgah və sağ tapə nahiyələrinin kəsilmiş-əzilmiş yarası diaqnozu qoyulub, müalicəsi xəstəxananın Reanimasiya şöbəsində aparılır. Vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır. /APA
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ