Gənc oğlanı xilas edən qadının  sol qolu qopdu-BƏRDƏDƏ
Tarix: 25-10-2019, 08:29
Baxılıb: 3 233
Google+ Paylaş
Tumblr Paylaş

Gənc oğlanı xilas edən qadının sol qolu qopdu-BƏRDƏDƏ

25-10-2019, 08:29

Bərdə rayonunda sərnişin qatarı yaşlı qadını vurub.
Oxu.Az-ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, hadisə , şəhərin “Köhnə bazar” adlanan ərazisində qeydə alınıb. Sərnişin qatarı Ağdam rayonunun Mərzili kəndindən məcburi köçkün olan və hazırda Bərdə rayonunun Alaçadırlı qəsəbəsində yaşayan Mənsurə Quliyevanı vurub.
Hadisə qadının işdən çıxdığı vaxt baş verib. Belə ki, o, 1988-ci il təvəllüdlü Məmmədov Kənan Elbrus oğluna qatarın yaxınlaşdığını görüb. Oğlanı itələyərək relsin üzərindən kənara atan qadını qatar vurub.
Yaralı dərhal Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisə zamanı onun sol qolu qopub.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ