Mitinqdə 10 nəfər öldü, 1400-dən çox həbslər var
Tarix: 21-10-2019, 08:46
Baxılıb: 1 167
Google+ Paylaş
Tumblr Paylaş

Mitinqdə 10 nəfər öldü, 1400-dən çox həbslər var

21-10-2019, 08:46

Son 24 saat ərzində Çilidə iğtişaşlar zamanı 1400-dən çox insan saxlanılıb.
Avromedia.az xəbər verir ki, beynəlxalq KİV-lərin məlumatına görə, paytaxt dairəsində 614 nəfər saxlanılıb. Ölkənin qalan şəhərlərində 848 nəfər saxlanılıb.
İğtişaşlara və polislə toqquşmalara çevrilən etirazlar bazar ertəsi günü Santyaqoda metronun qiyməti orta hesabla 30 peso ($ 0,04) maksimum 850 peso ($ 1.2) qədər artdıqdan sonra başlayıb. Daha sonra iğtişaşlar ölkənin digər şəhərlərini də bürüyüb. Etirazlar zamanı 500-dən çox insan xəsarət alıb.
Etirazlar nəticəsində 10 nəfər həlak olub. Onlardan əksəriyyəti ticarət mərkəzlərindəki yanğınların qurbanı olub. Bildirlir ki, alt paltar satılan mərkəzdə 5 nəfərin cəsədi tapılıb. Bu mağaza bazar günü axşam qarət edilib və daha sonra alovlanıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ