Nokauta düşən boksçu xəstəxanada vəfat etdi - Video
Tarix: 18-10-2019, 09:13
Baxılıb: 2 724
Google+ Paylaş
Tumblr Paylaş

Nokauta düşən boksçu xəstəxanada vəfat etdi - Video

18-10-2019, 09:13

27 yaşlı amerikalı boksçu Patrik Dey Çikaqoda xəstəxanada dünyasını dəyişib. “Qafqazinfo” bildirir ki, bu barədə Ümumdünya Boks Şurasının (WBC) saytında məlumat verilib.
Qeyd edilir ki, oktyabrın 13-də Dey həmyerlisi Çarlz Konvellə döyüşüb. Görüş birincinin nokauta düşməsi ilə başa çatıb. Deyə kəllə-beyin travması diaqnozu qoyulub. Huşsuz halda xəstəxanaya çatdırılan idmançını əməliyyata alıblar. Buna baxmayaraq, o, çərşənbə günü vəfat edib.
Qeyd edək ki, P.Dey karyerası ərzində 22 döyüş keçirməyi çatdırıb. O, 17 dəfə qalib, 4 dəfə məğlub olub. Yerdə qalan 1 döyüş isə heç-heçə ilə nəticələnib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ