Sumqayıt parkında tanışlar arasında qanlı dava – Təfərrüat
Tarix: 16-10-2019, 12:10
Baxılıb: 1 028
Google+ Paylaş
Tumblr Paylaş

Sumqayıt parkında tanışlar arasında qanlı dava – Təfərrüat

16-10-2019, 12:10

Sumqayıt şəhərində tanışını bıçaqlamaqda ittiham olunan Füzuli rayon sakini, 1968-ci il təvəllüdlü Müzəffər Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Avromedia.az xəbər verir ki, Müzəffər Rzayev 27 noyabr 2018-ci il tarixdə, gecə saat 01.00-da sərxoş vəziyyətdə Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən parkda tanışı Zaur Allahverdiyevlə mübahisə edib.
Mübahisə zamanı Müzəffər Rzayev Zaur Allahverdiyevin kürək nahiyəsinə bıçaq zərbəsi vurub.
Xəstəxanada vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Hadisə zamanı zərərçəkmiş də içkili olub. Hadisə söyüş üstündə yaranan mübahisə zəminində baş verib.
İstintaq orqanı tərəfindən Müzəffər Rzayevin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Müzəffər Rzayev 3 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Müzəffər Rzayev apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, ədalətli qərar qəbul edilməsini xahiş edib.
Onun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Fərmayıl Zeyunallının sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
Qərara görə, Müzəffər Rzayevin şikayəti qismən təmin edilib. Onun cəzası 2 il 11 ay 28 günə endirilib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ