"Düdelanj" - "Qarabağ" oyununda təxribat
Tarix: 3-10-2019, 23:51
Baxılıb: 1 033
Google+ Paylaş
Tumblr Paylaş

"Düdelanj" - "Qarabağ" oyununda təxribat

3-10-2019, 23:51

Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçirilən "Düdelanj" (Lüksemburq) - “Qarabağ” (Azərbaycan) oyununda təxribat baş verib. 
Avromedia.az-ın məlumatına görə, xoşagəlməz hadisə Ağdam təmsilçisinin ikinci qolundan sonra yaşanıb. 
Buna səbəb separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağının dronla stadionun mərkəzinə gətirilməsi olub. Ardınca azarkeşlər və futbolçular arasında münaqişə də yaşanıb. Bunu görən şotlandiyalı baş hakim Con Biton matçı dayandırıb. 
Qeyd edək ki, "Qarabağ" 30-cu dəqiqədə rəqib qapısından ikinci qolu keçirib.

Lüksenburqun idman naziri soyunub geyinmə otağına gələrək futbolçulardan üzr istəyib və bildirib ki, onun dövlətinin bu işlə bağlı heç bir əlaqəsi yoxdur. Amma təxribatçı tapılaraq cəzalandırılacaq.

 

 
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ