Polislər kişini qəbiristanlıqda döyüb öldürdü
Tarix: 3-10-2019, 08:24
Baxılıb: 1 173
Google+ Paylaş
Tumblr Paylaş

Polislər kişini qəbiristanlıqda döyüb öldürdü

3-10-2019, 08:24

Polislər sərxoş kişini qəbirəstanlığa aparıb, döyərək öldürüblər. Sərxoş kişini döyüb öldürən Saratov vilayətinin Volsk şəhərindən olan iki polisə qarşı cinayət işi açılıb.
Avromedia.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə rayon prokurorluğu məlumat yayıb.
Belə ki, kişinin cəsədi sentyabrın 26-da qəbiristanlığın yaxınlığındakı meşədən tapılıb. Qətldə iki polis məmuru şübhəli bilinərək tutulub.
Məlum olub ki, polis əməkdaşları sərxoş kişini saxlayaraq, onu qandallayıblar.
"Münaqişə səbəbindən şirkət maşınında olan kişilər öldürülən şəxsi şəhər qəbiristanlığının ərazisinə aparıblar. Orada onun bədəninə təpiklə çoxsaylı zərbələr endiriblər. Nəticədə ağırxəsarətlər alan şəxs hadisə yerində ölüb", - məlumatda bildirilir.
İki polis barəsində Cinayət Məcəlləsinin 111-ci maddəsinin 4-cü bəndinə (qəsdən ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan) əsasən cinayət işi başlanıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ