Ata oğlunu altı saat buzlu suda batmağa qoymadı
Tarix: 25-09-2019, 08:11
Baxılıb: 2 525
Google+ Paylaş
Tumblr Paylaş

Ata oğlunu altı saat buzlu suda batmağa qoymadı

25-09-2019, 08:11

Avstraliyada kişi oğluyla balıq tutmağa çıxıb lakin qayıqları sahildən 15 km aralıda qəzaya uğrayıb.
Daily Mail xəbər verir ki, hadisə iyun ayında (Cənub yarımqütbündə bu ilin ilk qış ayıdır) baş verib.
39 yaşlı Meyk Honen dostu və oğlu Culianla balıqçılığa gediblər. Birdən birə qopan fırtına onların qayığını çevirib. Balıqçılar xilasedici jiletlərsiz buzlu suya düşüblər. 7 yaşlı Culianı atası və onun dostu növbə ilə suyun üzərində saxlayıblar.  
Bir neçə saatdan sonra böyüklərin səylərinə baxmayaraq uşaq suda boğulmağa başlayıb və huşunu itirib.
Xilasedicilər balıqçıları 6 saatdan sonra tapa biliblər. Onların xəstəxanaya çatdırılması üçün xüsusu vertolyot göndərilib. Xəstəxanada Culiana təcili ürək-ciyər reanimasiyası edilib, lakin uşağın vəziyyəti ağır olaraq qalıb. Həkimlər uşağın beyninin zədələnməsini aşkar ediblər və onun sağ qalmasına cəmi 5 faiz qaranti veriblər.
Buna baxmayaraq sabahısı gün uşaq gözünü açıb və özünə gəlib. Balıq tutmağa bir daha nə vaxt gedəcəkləri atasından ilk soruşduğu sual olub.
Uşaqın yaşamaq istəyinə görə onu “Avstraliyanın qüruru” premiyasına layiq görüblər.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ