Pakistan vətəndaşı hotelə apardığı qadınlar tərəfindən qarət edilib
Tarix: 23-09-2019, 12:46
Baxılıb: 1 027
Google+ Paylaş
Tumblr Paylaş

Pakistan vətəndaşı hotelə apardığı qadınlar tərəfindən qarət edilib

23-09-2019, 12:46

Bakıda Pakistan vətəndaşı qarət edilib.
APA-nın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb. Pakistan vətəndaşı İlyas Umer polisə ərizə ilə müraciət edərək, tanış olduğu iki qadınla hotelə getdiyini, səhər yuxudan duran zaman bütün pullarının qarət edildiyini bildirib. 
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğun 1986-cı il təvəllüdlü Nuranə Abdullayeva və 1982-ci il təvəllüdlü Rəna Pozdnyakova tərəfindən törədildiyi müəyyən edilib. Hazırda onların tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. 
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ