Azərbaycanda qadın ona hücum edən çaqqalı boğaraq öldürdü
Tarix: 21-09-2019, 22:34
Baxılıb: 2 534
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanda qadın ona hücum edən çaqqalı boğaraq öldürdü

21-09-2019, 22:34

Salyan rayonu 20 Yanvar küçəsində yaşayan 67 yaşlı Gülzar Məmmədova öz həyətində çaqqalın hücumuna məruz qalıb.
Avromedia.az Xəbər TV-yə istinadən xəbər verir ki, rayon sakininin sözlərinə görə, həytədə iş görən zaman toyuq hinindən səs eşidib və oraya daxil olarkən ev quşlarına hücum edən çaqqalı görüb. 
Yırtıcı heyvan Gülzar Məmmədovaya hücum edərək ona əlindən xəsarət yetirib.
Qadın çaqqalı boğaraq öldürüb və ardınca Salyan Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Gülzar Məmmədovaya quduzluq əleyhinə vaksin vurulub və o, ambulator müalicəyə buraxılıb. Gülzar Məmmədova bildirir ki, bu, çaqqalların təsərrüfatlara ilk hücumu deyil.
Əvvəllər də vəhşi heyvanlar həyətlərə girərək xeyli toyuğu parçalayıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ