Kərbəlada partlayış nəticəsində doqquz nəfər ölüb
Tarix: 21-09-2019, 08:31
Baxılıb: 1 161
Google+ Paylaş
Tumblr Paylaş

Kərbəlada partlayış nəticəsində doqquz nəfər ölüb

21-09-2019, 08:31

İraqın Kərbəla şəhərində mikroavtobusda quraşdırılmış partlayıcı qurğunun işə düşməsi nəticəsində ən azı doqquz nəfər ölüb, dörd nəfər yaralanıb.
Avromedia.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə İraqın Daxili İşlər Nazirliyindəki mənbəyə istinadən "Al-Sumaria" telekanalı məlumat yayıb.
"Kərbəlanın girişində baş verən partlayış 9 nəfərin ölümü ilə nəticələnib, 4 nəfər yaralanıb", - deyə kanal bildirir.
Qeyd edilir ki, "KİA" markalı mikroavtobusda quraşdırılmış partlayıcı qurğu Kərbəlanın girişindəki nəzarət-buraxılış məntəqəsinin yaxınlığında işə düşüb. Eyni zamanda, Kərbəla vilayət şurasının üzvü Nafi əl-Mayali, "Baghdadtoday" portalına, mikroavtobusun qazla işlədiyini, yanğın baş verdiyini və nəticədə onun partladığını bildirib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ