Bakıda maşın vurub öldürən Gülgün məmur qızıdır - Təfərrüatlar
Tarix: 19-09-2019, 22:22
Baxılıb: 1 274
Google+ Paylaş
Tumblr Paylaş

Bakıda maşın vurub öldürən Gülgün məmur qızıdır - Təfərrüatlar

19-09-2019, 22:22

İki gün əvvəl Bakıda faciəvi şəkildə dünyasını dəyişən gənc qızla bağlı bəzi təfərrüatlar məlum olub. 
"Yeni Sabah" xəbər verir ki, "Criminal.az" saytına daxil olan məlumata görə, Ramal Məmmədovun idarə etdiyi 
"Volkswagen Passat” markalı 10-GN-002 dövlət qeydiyyat nişanlı avtomobilin vuiraraq öldürdüyü 25 yaşlı Gülgün Əmiraslanlı Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Nərimanov şöbəsinin rəisi Saday Abdullayevin qızıdır.
S.Abdullayev əvvəllər Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyin Aparatının Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri işləyib.  
Xatırladaq ki, hadisə sentyabrın 17-də, saat 21:00 radələrində Nəsimi rayonu, Vaqif prospektində baş verib. Ramal Məmmədovun idarə etdiyi "Volkswagen Passat” markalı 10-GN-002 dövlət qeydiyyat nişanlı avtomobillə piyada zolağında yolu keçən 25 yaşlı Gülgün Əmiraslanlını vurub.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ