Katerdə ölənlərin 8-nin meyiti tapılıb
Tarix: 3-09-2019, 08:00
Baxılıb: 1 870

Katerdə ölənlərin 8-nin meyiti tapılıb

3-09-2019, 08:00

Kaliforniyanın cənub sahilləri yaxınlığında, Santa Kruz adası ətrafında "Conception" kommersiya katerində baş verən yanğın zamanı ölənlərin 8-nin meyiti tapılıb.
"Report" xəbər verir ki bu barədə NBC məlumat yayıb.
Məlumata görə, meyitlərdən 4-ü sudan çıxarılıb, daha 4 meyit isə okeanın dibindədir. Həmçinin bildirilir ki, katerin heyət üzvlərindən 5-i xilas edilib.
ABŞ-ın Sahil Mühafizəsinin məlumatına görə, hadisə zamanı katerdə 39 nəfər olub. Bildirilir ki, yerli hakimiyyət orqanları azı 33 nəfərin həlak olduğunu güman edir.
Hazırda axtarış-xilasetmə əməliyyatı davam 
etdirilir.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ