Bakı-London aviareysi ləngidi
Tarix: 31-08-2019, 21:40
Baxılıb: 1 048

Bakı-London aviareysi ləngidi

31-08-2019, 21:40

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) J2 007 saylı Bakı-London aviareysi üzrə texniki səbəbdən ləngiyən "Boeing 787-800" təyyarəsi "Airbus A340-500" layneri ilə əvəzlənərək yola salınıb.
Bu barədə APA-ya Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.
"Təyyarədə qeydə alınmış xırda texniki nasazlıq səbəbindən Bakı-London aviareysi ləngiyib. Lakin texniki nasazlıq qeydə alınan təyyarə digəri ilə əvəzlənərək Bakıdan Londona yola salınıb", - deyə hava limanından qeyd olunub.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ