Hacıqabulda avtomobil yük maşınına çırpılıb, 2 nəfər ölüb
Tarix: 31-08-2019, 08:25
Baxılıb: 1 173

Hacıqabulda avtomobil yük maşınına çırpılıb, 2 nəfər ölüb

31-08-2019, 08:25

Hacıqabul rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası olub.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə Hacıqabul şəhəri Heydər Əliyev prospektində yerləşən uşaq bağçası yaxınlığında baş verib.
Rayon sakini, 1988-ci il təvəllüdlü Qanbayev Anar Fərrux oğlu idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən “KamAZ” markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində “VAZ-2107”nin sürücüsü və avtomobildə olan daha 1 nəfər hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ