Biləsuvardakı qəzada iki ailənin FACİƏSİ
Tarix: 31-08-2019, 08:22
Baxılıb: 1 172

Biləsuvardakı qəzada iki ailənin FACİƏSİ

31-08-2019, 08:22

Ələt-Astara magistralının Biləsuvar rayonu ərazisindən keçən hissəsində baş verən qəzada yaralananların şəxsiyyəti və hadisənin təfərrüatları məlum olub.
Avromedia.az xəbər verir ki, onlar 2007-ci il təvəllüdlü Hüseynov Rafiq İsmayıl oğlu, “Hundai” avtomobilinin sürücüsü Fərəczadə Səadət və onun qızları, 1998-ci il təvəllüdlü Fərəczadə Nigar Fərəc qızı, 2001-ci il təvəllüdlü Fərəczadə Fidan Fərəc qızıdır.
Yaralılar Bakıya gətirilərək xəstəxanaya yerləşdirilib.
N.Fərəczadəyə aşağı ətrafların və döş qəfəsinin əzilməsi, qapalı kəllə-beyin travmasl, F.Fərəczadəyə döş qəfəsinin və başın küt travması, R.Hüseynovaya isə sol budun yerdəyişmiş sınığı diaqnozu qoyulub. Hər üç yaralının vəziyyəti stabil qiymətləndirilir.
Rəhmətə gedənlər Bakı şəhərinin Buzovna qəsəbəsinin sakinləri, 1986-cı il təvəllüdlü Hüseynova Günel İsmayıl qızı, 2004-cü il təvəllüdlü Hüseynov Riyad Çingiz oğlu və 2006-cı il təvəllüdlü Fərəczadə Səfər Fərəc oğludur. 
İki azyaşlının meyiti müayinə olunmaq üçün Biləsuvar morquna, qadının meyiti isə Cəlilabad məhkəmə tibbi-ekspertiza idarəsinə aparılırb.

Məlumata görə, avtomobildə olan 7 nəfər Bakıdan Lerik rayonuna istirahətə gedirmiş. Səadət Fərəczadə “Hundai” markalı avtomobillə hərəkətdə olan zaman qarşısına maneə çıxıb. Bu zaman o, maneədən yayınmaq istəyib. Nəticədə avtomobil bir neçə dəfə çevrilərək aşıb.
Qəza zamanı avtomobildə olan 7 nəfərdən 3-ü dünyasını dəyişib, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib. 

Faktla bağlı araşdırma başlayıb.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ