Bakıda məktəblilərə qarşı soyğunçuluq edən şəxs tutuldu
Tarix: 29-04-2019, 13:58
Baxılıb: 35
Google+ Paylaş
Tumblr Paylaş

Bakıda məktəblilərə qarşı soyğunçuluq edən şəxs tutuldu

29-04-2019, 13:58

Yasamal rayonu ərazisində məktəbliyə qarşı soyğunçuluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avromedia.az-a verilən məlumata görə, rayon Polis İdarəsinin 29-cu polis şöbəsinə müraciət edən zərərçəkənin valideyni dərsdən sonra oğluna naməlum şəxsin yaxınlaşaraq mobil telefonunu danışmaq adı ilə alıb qaytarmadığını bildirib.
Şöbə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş paytaxt sakini Təbriz Zeynalov. Araşdırma zamanı onun Yasamal rayonu ərazisində daha 3 məktəblinin telefonunu soyğunçuluq yolu ilə aldığı məlum olub.Saxlanılan şəxs ifadəsində ələ keçirdiyi mobil telefonları satdığını bildirib.
Faktla bağlı 29-cu polis şöbəsində toplanan materiallar araşdırılması üçün Yasamalı Rayon Polis İdarəsinə göndərilib, istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Yasamal rayon Polis İdarəsinə və ya 29-cu polis şöbəsinə müraciət edə bilərlər.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ