İtkin düşən pilot tapıldı, sabah... - Yeniləndi
Tarix: 20-08-2019, 12:30
Baxılıb: 2 200

İtkin düşən pilot tapıldı, sabah... - Yeniləndi

20-08-2019, 12:30

Mərhumun nəşi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparılıb.
Bu barədə Teleqraf.com-a politoloq Qabil Hüseynli deyib.
O bildirib ki, hazırda DNT analizi götürülür. Rəşad Atakişiyevlə vida mərasimi sabah yaşadığı evdə keçiriləcək. Mərhum II Fəxri Xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, Qabil Hüseynli sözügedən təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin qayınatasıdır.
***
12:28
MiQ-29 təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevun meyiti tapılıb, mərhumun nəşi sabah torpağa tapşırılacaq.
Bu barədə Teleqraf.com-a mərhumun qaynanası Məhbubə Hüseynova məlumat verib.
Polkovnik-leytenant Bakıda dəfn olunacaq.
Xatırladaq ki, iyulun 24-də saat 22 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nin "MiQ-29" təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ