Yaponiyada istilər 7 can aldı
Tarix: 20-08-2019, 09:15
Baxılıb: 1 174

Yaponiyada istilər 7 can aldı

20-08-2019, 09:15

Ötən həftə ərzində Yaponiyada anomal istilərdən 7 nəfər ölüb.
Avromedia.az xəbər verir ki, bu barədə Yaponiyada Fövqəladə Hallar Nazirliyinin və təcili yardımın funksiyalarını yerinə yetirən Baş yanğın xidmətindən məlumat verilib.
Məlumata əsasən, son 7 gün ərzində Yaponiya ərazisində istilər səbəbindən 7338 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 7-si dünyasını dəyişib.
Qeyd edilir ki, ölkənin bəzi regionlarında havanın temperaturu 35 dərəcədən yüksəkdir.
Xatırladaq ki, ötən il anomal istilər səbəbindən Yaponiyada 150-dən artıq insan ölüb.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ