Aeroport yolunda ağır qəza: yaralılar var
Tarix: 20-08-2019, 08:00
Baxılıb: 1 037

Aeroport yolunda ağır qəza: yaralılar var

20-08-2019, 08:00

Hava limanı yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Avromedia.az xəbər verir ki, "Buta Palas"ın yanında "BMV X5" markalı avtomobilin VAZ-2104-ə çırpılması nəticəsində 4 nəfər yaralanıb.
Bunlar 1987-ci təvəllüdlü Nurullayev Ceyhun Təvəkkül oğlu, 1996-cı il təvəllüdlü Gözəlov Yavər Mehman oğlu, 1993-cü təvəllüdlü Əliyev Coşqun Vəli oğlu və 1994-cü il təvəllüdlü Məmmədzadə Hacı İntiqam oğlu xəsarət alıb. Yaralıların hamısı VAZ-2104-də olanlardır. Onların vəziyyətləri orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.Report
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ