Komendanta bu maddə ilə cinayət işi açıldı
Tarix: 29-04-2019, 08:00
Baxılıb: 28
Google+ Paylaş
Tumblr Paylaş

Komendanta bu maddə ilə cinayət işi açıldı

29-04-2019, 08:00

Masazır qəsəbəsində baş verən silahlı hadisə ilə bağlı Abşeron rayon Prokurorluğunda cinayət işi açılıb.
Rayon prokurorluğundan Avromedia.az-a verilən məlumata görə, 1968-ci il təvəllüdlü Yusifov Ehtiram Ramiz oğlunun törətdiyi əməllə bağlı Cinayət Məcəlləsinin 29, 120.2.4 (qəsdən adam öldürməyə cəhd - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla törədildikdə) maddəsi ilə iş başlanıb.
Hadisədən sonr E.Yusifov özü könüllü olaraq istintaqa təslim olub.
Qeyd edək ki, hadisə zamanı 1994-cü il təvəllüdlü Kamran Qasımov sağ ayağından, 1990-cı il təvəllüdlü Talıbov Məmməd döş və qarın nahiyələrindən və 1980-ci il təvəllüdlü Gəncəliyev Zaur döş və qarın nahiyələrindən çoxsaylı qırma yarası alıblar. Yaralılar 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdiriliblər. Hadisəni törədən E.Yusifov Masazırdakı "Yeni Bakı" yaşayış kompleksinin komendantıdır. İlkin məlumata görə, hadisə maklerlərlə komendantın münaqişəsi zamanı baş verib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ