Sürücü körpünü uçurdu, mağazaları yararsız hala saldı
Tarix: 16-08-2019, 23:50
Baxılıb: 1 042
Google+ Paylaş
Tumblr Paylaş

Sürücü körpünü uçurdu, mağazaları yararsız hala saldı

16-08-2019, 23:50

Cəlilabad rayonunda yol qəzası olub.
Report-un məlumatına görə, hadisə köhnə Ələt-Astara magistral yolunun rayonun Alar kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, yüksək sürətlə hərəkətdə olan "Ford" markalı avtomobil idarəetmədən çıxaraq "İncə" çayın üzərindəki körpünün dəmir məhəccərlərini qoparıb və körpünün bir hissəsi uçub. Daha sonra avtomobil yolun kənarındakı iki mağazaya çırpılıb.
Hadisə nəticəsində xəsarət alan olmasa da yol infrastrukturuna, avtomobilə və mağazalara ciddi ziyan dəyib.
İlkin ehtimala görə, qəzaya səbəb sürücünün avtomobili sərxoş vəziyyətdə idarə etməsi olub.
Eyni zamanda, sürücünün gün ərzində daha bir yol qəzası törətdiyi də müəyyən olunub. O, bu hadisədən bir neçə saat əvvəl idarə etdiyi "Ford" maşınının rayon mərkəzində "VAZ 21 06" markalı avtomobil ilə toqquşduğunu da etiraf edib.
Faktla bağlı araşdırma aparılır.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ