Futbolçu zədəyə görə intihar etdi
Tarix: 16-08-2019, 20:36
Baxılıb: 2 505

Futbolçu zədəyə görə intihar etdi

16-08-2019, 20:36

Uelsin gənclərdən ibarət milli komandasının üzvü Coel Darlinqton intihar edib.
 "Daily Post”a xəbər verir ki, onun canına qəsd etməsinə davamlı zədələr səbəb olub. Belə ki, onun onurğa zədəsi üzündən müntəzəm bel ağrısından şikayətləndiyi, müaliəcə proseslərinin heç bir fayda vermədiyi bildirilir. Həmçinin əli sındığı üçün "Mançester Yunayted”ə baxışa yollanmaq fürsətini qaçırıb. Bundan sonra depressiyaya düşən Darlinqton canına qəsd edib.
20 yaşlı oyunçunun meyitini anası və qardaşı qarajda tapıblar.

Qeyd edək ki, Darlinqton vətənində "Bala Taun” klubunun formasını geyinib.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ