Qızıl fırıldağı - məşhur ticarət mərkəzində daha bir dələduzluq işi
Tarix: 16-08-2019, 15:28
Baxılıb: 1 040

Qızıl fırıldağı - məşhur ticarət mərkəzində daha bir dələduzluq işi

16-08-2019, 15:28

Bakıda qızıl alverçisi müştərisi tərəfindən aldadılıb. Hazırda bu iş üzrə məhkəmə iclası davam etdirilir.
Bakı Ağır Cinayəltər Çəhkəməsində külli miqdarda dələduzluqda ittiham edilən Nərminə Əfəndiyevanın cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında zərərçəkmiş İlhamə Umbayeva ifadə verib.
O deyib ki, Nərminə ondan külli miqdarda qızıl-zinət əşyaları alaraq etibarından sui-istifadə edib.
Onun dediyinə görə, Nərminə imkanlı şəxslərə satmaq adı ilə ondan bahalı qızıllar alıb.
“Bir neçə dəfə qızıl alıb ödəmişdi. Sonra da alıb hissə-hissə ödədi. Son zamanlar isə bahalı qızıllar götürdü ki, imkanlı şəxslərə satacaq. Amma məni aldatdı”- deyə zərərçəkmiş bildirib.
İlhamə Umbayeva deyib ki, ona dəymiş zərərin 60 min 900 manatı ödənilməyib. O, ümumi borcdan 11 min manat ödənildiyini deyib.
Təqsirləndirilən Nərminə Əfəndiyeva söylənilənlərlə razılaşmayıb və məbləğin şişirdildiyini deyib.
Hakimlər Nərminə Əfəndiyevanın kiminsə təzyiqi, hədə-qorxusu ilə qızılları götürməsi ehtimalının da ola biləcəyini deyiblər. Belə bir ehtimal da məhkəmə tərəfindən araşdırılacaq.
Bu məqsədlə N.Əfəndiyevanın telefon danışıqları, mesajları da araşdırılır.
Qeyd edək ki, Nərminə Əfəndiyevaya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
İttihama görə, Nərminə Əfəndiyeva zərərçəkəndən qızıl əşyaları alıb. Daha sonra isə həmin qızılları lombarda qoyaraq pul götürüb.
Bildirək ki, zərərçəkən İlhamə Umbayeva məşhur “Caspian Shoping Center”də yerləşən mağazalardan birində satıcı işləyir. Adı çəkilən ticarət mərkəzində dəfələrlə bu cür dələduzluq hadisələri baş verib və eyni əməllərlə bağlı məhkəmə işləri mətbuatda dərc edilib.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ