Təyyarənin təcili enişində xəsarət alanların sayı 75 nəfərə çatıb
Tarix: 15-08-2019, 23:24
Baxılıb: 2 536

Təyyarənin təcili enişində xəsarət alanların sayı 75 nəfərə çatıb

15-08-2019, 23:24

Rusiyada “Ural Airlines” təyyarəsinin paytaxt Moskva yaxınlığında təcil eniş etməsi zamanı xəsarət alanların sayı 75 nəfərə çatıb.
Bu barədə Avromedia.az RİA "Novosti"yə istinadən xəbər verir. 
Qeyd edilir ki, onlardan 19-u uşaqlardır. Xəsarət alanlardan biri xəstəxanaya yerləşdirilib. 
“Ural Airlines” şirkətinə məxsus “Airbus-321” təyyarəsi Moskvadakı “Jukovskiy” hava limanından qalxdıqdan 15 dəqiqə sonra təcili eniş edib. Hadisə zamanı təyyarədə 226 sərnişin və 7 heyət üzvü olub. Təyyarənin mühərrikinə quş girdiyi üçün yerə enmək məcburiyyəti yaranıb.
***11:20
Rusiyada “Ural Airlines” təyyarəsinin paytaxt Moskva yaxınlığında təcili enişi zamanı aralarında 5 uşaq olan bəzi sərnişinlər xəsarət alıblar.
“Report” “İnterfax”a istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilən sərnişinlərin vəziyyəti kafidir.
Mötəbər bir mənbə isə sərnişinlərdən 28 yaşında nəfərin ağır vəziyyətdə olduğunu, uşağın isə beyin silkələnməsi ilə xəstəxanaya çatdırıldığını bildirib.
***10:43
Rusiyanın “Ural Airlines” şirkətinə məxsus “Airbus-321” təyyarəsi Moskvadakı “Jukovskiy” hava limanından qalxdıqdan 15 dəqiqə sonra təcili eniş edib.
“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, təyyarədə  226 sərnişin və heyət üzvü olub. Təyyarənin mühərrikinə quş girdiyi üçün yerə enmək məcburiyyəti yaranıb.
Hava limanından kənar boş bir əraziyə endikdən sonra təyyarənin mühərriki yerindən qopub..
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ