Nardaran çimərliyində batan 4 uşaqdan sonuncusunun meyiti taplıb
Tarix: 12-08-2019, 08:40
Baxılıb: 2 091

Nardaran çimərliyində batan 4 uşaqdan sonuncusunun meyiti taplıb

12-08-2019, 08:40

Avqustun 10-da Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsinin qeyri-çimərlik (nəzarətsiz) ərazisində batan 2009-cu il təvəllüdlü Cəfərzadə Zeynəb Ramin qızının axtarışları başa çatıb.
“Report” xəbər verir ki, Z.Cəfərzadənin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Sözügedən hadisə zamanı əmiuşağı olan iki bacı və bacı-qardaş dənizdə batıb. Uşaqlardan üçünün meyiti həmin gün tapılsa da, Cəfərzadə Zeynəbin meyitini tapmaq mümkün olmamışdı.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ