Rusiyada silah-sursat anbarında növbəti partlayış
Tarix: 9-08-2019, 23:25
Baxılıb: 1 035

Rusiyada silah-sursat anbarında növbəti partlayış

9-08-2019, 23:25

Rusiyanın Krasnoyarsk vilayətində silah-sursat anbarında daha bir neçə partlayış baş verib.
Axar.az xəbər verir ki, Krasnoyarsk diyarının Açinsk şəhəri yaxınlığında yerləşən anbarda partlayış nəticəsində 9 nəfər yaralanıb.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hərbi sursat olan stellaja ildırım düşməsi nəticəsində yanğın və partlayış baş verib.
Xatırladaq ki, avqustun 5-də də həmin anbarda partlayış baş vermişdi. Nəticədə bir nəfər həlak olmuş, 13 nəfər yaralanmışdı. Bölgədə fövqəladə vəziyyət elan olunmuş, anbarın yaxınlığındakı yaşayış məntəqələrindən 16 mindən çox adam köçürülmüşdü.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ