Mağazadan 14 min 432 manatlıq mobil telefon oğurlandı
Tarix: 6-08-2019, 21:53
Baxılıb: 1 173

Mağazadan 14 min 432 manatlıq mobil telefon oğurlandı

6-08-2019, 21:53

Bakıda mağazadan qiyməti 14 min 432 manat olan mobil telefon oğurlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.
Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 4-də rayon ərazisindəki mağazaların birindən 1800 manat və 14432 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Delili saxlanılıb.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ