Oksigen balonu partladı: 17 ölü, 32 yaralı
Tarix: 5-08-2019, 08:47
Baxılıb: 1 039

Oksigen balonu partladı: 17 ölü, 32 yaralı

5-08-2019, 08:47

Misirin paytaxtı Qahirədə oksigen balonunun partlayışı nəticəsində 17 nəfər həlak olub, daha 32 nəfər yaralanıb.
Avromedia.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Misir Səhiyyə Nazirliyinin başçısı Xalya Zeyd bildirib.
Hadisə paytaxt Qahirənin mərkəzindəki Xərçəng İnstitutunun yaxınlığında baş verib. Daxili İşlər Nazirliyinin məlumatına görə, balonun partlayışının səbəbi, yol-nəqliyyat hadisəsi olub. Qeyd olunur ki, avtomobillərdən biri yüksək sürətlə qarşıdakı zolağa çıxaraq üzbəüz gələn bir neçə avtomobilə çırpılıb. Toqquşma zamanı güclü partlayış və yanğın baş verib.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ