Altı nəfər batmaqdan xilas edildi
Tarix: 5-08-2019, 08:07
Baxılıb: 1 171

Altı nəfər batmaqdan xilas edildi

5-08-2019, 08:07

Ölkənin müxtəlif ərazilərindəki çimərliklərdə altı nəfər boğulmaq təhlükəsi ilə üzləşib.
Fövqəladə Hallar Nazirliyindən Avromedia.az-a verilən məlumata görə, hadisələr Xaçmaz, Mərdəkan, Qobustan, Nardaran və Bilgəh çimərliklərində olub.
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Nardaran çimərliyində iki, digərlərinin hərəsində isə bir nəfər batmaqdan xilas edilib.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ