Bakıda sürət həddini aşan sürücü qəza törədib
Tarix: 2-08-2019, 22:42
Baxılıb: 1 173

Bakıda sürət həddini aşan sürücü qəza törədib

2-08-2019, 22:42

Bakının Nərimanov rayonu ərazisində iki maşının toqquşması ilə nəticələnən yol qəzası baş verib.
"Report" xəbər verir ki, Koroğlu Rəhimov küçəsi ilə hərəkətədə olan "99-BE-969" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil sürət həddini aşaraq "99-PD-304" dövlət qeydiyyat nişanlı "Daewoo Gentra" markalı maşını arxadan vurub.
Hadisə zamanı sürücülərdən xəsarət alan olmasa da, hər iki maşına ciddi ziyan dəyib. Hadisə yerinə DYP əməkdaşları gəlib.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ