Sumqayıtda avtomobil nənə və 5 yaşlı nəvəsini vurdu
Tarix: 30-07-2019, 17:55
Baxılıb: 2 503

Sumqayıtda avtomobil nənə və 5 yaşlı nəvəsini vurdu

30-07-2019, 17:55

Sumqayıt şəhərində nənə və 5 yaşlı nəvəsini avtomobil vurub.
"Report”un məlumatına görə, hadisə şəhərin 26-cı məhəllə ərazisində baş verib.
Belə ki, şəhər sakini, 1959-cu il təvəllüdlü Gilə Əhəd qızı Hüseynova nəvəsi, 2014-cü il təvəllüdlü Məryəm Cavid qızı Muradovanı hazırlıqdan gətirən zaman hər iki şəxsi avtomobil vurub.
Hər iki yaralı dərhal xəstəxanaya çatdırılıb. Azyaşlının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ