Rusiyada qəzaya düşən azərbaycanlılar... -Açıqlama
Tarix: 29-07-2019, 17:31
Baxılıb: 1 038

Rusiyada qəzaya düşən azərbaycanlılar... -Açıqlama

29-07-2019, 17:31

Rusiya Federasiyası Rostov vilayətində qəzaya düşən Azərbaycan vətəndaşlarını daşıyan mikroavtobus Bakı Beynəlxalq Avtovağzal Kompleksinə (BBAK) məxsus deyil.
Bu sözləri Axar.az-a Moskvadan Azərbaycana gələn mikroavtobusun qəzaya düşməsinə münasibət bildirən Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat katibi Pərvin Məmmədova deyib.
Qeyd edək ki, Moskvadan Azərbaycana gələn 20 EB 289 dövlət nömrə nişanlı "Volksvagen Krafter" markalı mikroavtobus bu gün səhər saatlarında Rostov vilayətinin Krasnosulinsk rayonu ərazisində qəzaya uğrayıb.
Hadisə zamanı iki nəfər ölüb, doqquz nəfər yaralanıb.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ