Bakıda küçədə vətəndaşları döyən dəstə zərərsizləşdirildi
Tarix: 29-07-2019, 16:07
Baxılıb: 865

Bakıda küçədə vətəndaşları döyən dəstə zərərsizləşdirildi

29-07-2019, 16:07

Bakının Nəsimi rayonunda quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, iyulun 27-də bir qrup şəxs Bakı şəhər sakini Ş.Quliyevə küt alətlə xəsarət yetirib, daha sonra onun 350 manatını və mobil telefonunu alıb.
19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri İ.Qurbanov, E.Bəhmənli, Şəki şəhər sakini A.Əliyev və Gəncə şəhər sakini F.Məmmədov saxlanılıblar.
İ.Qurbanovun və F.Məmmədovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların daha bir nəfəri döyərək 50 manat pulunu və mobil telefonunu quldurluq yolu ilə almaları da müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ