Şəmkirdə bazar yandı
Tarix: 27-11-2021, 12:46
Baxılıb: 1 163
Google+ Paylaş
Tumblr Paylaş

Şəmkirdə bazar yandı

27-11-2021, 12:46

Noyabrın 26-dan 27-nə keçən gecə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şəmkir rayonu, Sabirkənd kəndində tikinti materialları bazarında yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin müvafiq texnika və canlı qüvvəsi dərhal yanğın baş verən əraziyə cəlb olunub.

Yanğının mürəkkəbliyinə və onun hər an tezalışan və yanar tikinti materiallarının (boya, taxta və s.) saxlanıldığı bir-birinə bitişik mağazalara keçmə təhlükəsinə baxmayaraq, yanğınsöndürənlər tərəfindən görülmüş operativ tədbirlər sayəsində yanğın geniş əraziyə yayılmasının qarşısı alınaraq söndürülüb.

Yanğın nəticəsində ümumilikdə 100m², o cümlədən ümumi sahəsi 70m² olan tikinti materialları mağazası və ofisi, həmin tikiliyə bitişik ümumi sahəsi 20m² olan talvar və talvara bitişik ümumi sahəsi 100m² olan talvarın lambirindən ibarət tavanı 10m² sahədə yanıb. Talvarın qalan hissəsi və digər mağazalar yanğından mühafizə olunub.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ