Bakıda dəhşətli qəzada general oğlu öldü
Tarix: 26-07-2019, 23:23
Baxılıb: 1 028

Bakıda dəhşətli qəzada general oğlu öldü

26-07-2019, 23:23

Bakı şəhər Xətai rayonu ərazisində - Zığ yolunda motosikletlə dəhşətli qəzaya düşən və hadisə yerində dünyasını dəyişən şəxs general oğlu imiş.
Avromedia.az Publika.az-a istinadla xəbər verir ki, “Suzuki” markalı motosikletlə qəzaya düşən 1976-cı il təvəllüdlü Eldar Cəfərov bir sıra yüksək vəzifələrdə çalışmış, hazırda ehtiyatda olan general Eyvaz Cəfərovun oğludur. Almaniyada anadan olan və Bakı şəhər Nərimanov rayonu Həsənoğlu küçəsindəki mənzildə qeydiyyatda olan Eldar Cəfərov moto həvəskarı olub və əvvəllər də idarə etdiyi motosikletlə qəzaya düşübmüş.
Qeyd edək ki, dünən saat 17:00 radələrində baş vermiş hadisə nəticəsində E.Cəfərovun bir ayağı qoparaq yolun hərəkət hissəsinə düşüb. Hadisə şahidləri təcili tibbi yardım çağırsa da, həkimlər gələnədək o, vəfat edib.
Faktla bağlı Xətai Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ