Gömrükdən gizlədilən dərmanlar aşkarlandı
Tarix: 17-09-2021, 23:19
Baxılıb: 1 170
Google+ Paylaş
Tumblr Paylaş

Gömrükdən gizlədilən dərmanlar aşkarlandı

17-09-2021, 23:19

Gömrük nəzarətindən gizlədilən dərman preparatları və tibbi ləvazimatlar aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr
İdarəsindən Avromedia.az-a bildirilib ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan “Mercedes-Benz” və “DAF” markalı yük avtomobilləri saxlanılıb.
Yoxlama zamanı nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən, müxtəlif adlarda olan 59 min 280 kapsul qida əlavəsi, onlara məxsus boş qutular, 1220 həb, 300 ampula dərman preparatı və 60 ədəd tibbi şam aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ