Bakıda təcili tibbi yardım maşını qəzaya uğradı
Tarix: 14-09-2021, 22:09
Baxılıb: 1 166
Google+ Paylaş
Tumblr Paylaş

Bakıda təcili tibbi yardım maşını qəzaya uğradı

14-09-2021, 22:09

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avromedia.az Report-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.
Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 9 saylı Bölməsinin təcili tibbi yardım maşını çağırışa gedərkən digər avtomobillə toqquşub. Qəza zamanı tibb bacısı, 1966-cı il təvəllüdlü Əhmədli Aybəniz Qələndər qızı xəsarət alıb. Yaralı digər təcili yardım maşınının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ mil sümüyünün yerdəyişən sınığı və bədənin müxtəlif dərəcəli əziyi diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ