Deputat polisi döyüb?- ŞOK TƏFƏRRÜAT
Tarix: 29-07-2021, 18:48
Baxılıb: 4 025
Google+ Paylaş
Tumblr Paylaş

Deputat polisi döyüb?- ŞOK TƏFƏRRÜAT

29-07-2021, 18:48

Deputatın polis əməkdaşını döyməsinin bəzi təfərrüatı üzə çıxıb.

Hadisə bir neçə polis əməkdaşının deputatın əyləşdiyi restoranda reyd keçirdiyi zaman baş verib. DİN əməkdaşları gecə saat 00:00-ı keçdiyi üçün restoranın fəaliyyətinin dayandırılmasını tələb edib. Həmin vaxt orda yeyib-içən millət vəkili isə onlardan restoranı tərk etməyi tələb edib. Bu vaxt mübahisə yaranıb və o, polis əməkdaşı Zaur Mirzəyevə hücum edib. Bildirilir ki, həmin restoran deputatın qohumunundur.

***

xxx

14:21

Xaçmaz rayonunun deputatı Eldəniz Səlimovun polisi döyməyi barədə məlumat yayılıb.

Xaçmaz sakinləri Bakıpost.az-a açıqlamalarında hadisənin dünən Nabranda baş verdiyini bildiriblər.

Sakinlər qeyd edib ki, deputat sərxoş olub və istirahət mərkəzlərinin birində rayonun qeydiyyat şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğluna hücum çəkib, ona xəsarət yetirib.

Hazırda polis işə çıxmır.

Qeyd edilib ki, deputatın ailə üzvləri polisin evinə gediblər, ondan məsələni böyütməməyi xahiş edirlər.

Məsələ ilə bağlı deputatın özü ilə əlaqə saxlamaq mümkün olmayıb. DİN Mətbuat Xidmətindən isə bildirilib ki, bu barədə onlara məlumat daxil olmayıb.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ