İnstaqramda narkotiki təbliğ edən daha bir nəfər tutuldu
Tarix: 6-03-2021, 11:47
Baxılıb: 6 779
Google+ Paylaş
Tumblr Paylaş

İnstaqramda narkotiki təbliğ edən daha bir nəfər tutuldu

6-03-2021, 11:47

Sosial şəbəkələrdə narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan daha bir nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyiinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində İnstaqram sosial şəbəkəsində narkotik vasitələrin təbliği ilə məşğul olan Əli İsmayılzadə tutulub.
Həmin şəxs ifadəsində sosial şəbəkələrdə narkotik vasitələrin qəbulunu təbliğ etdiyini etiraf edib və əməlindən peşman olduğunu bildirib Ə.İsmayılzadə barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.
Məhkəmənin qərarı ilə o, 30 sutka inzibati qaydada həbs edilib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ