Gənc aktyor Cavid Telman ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Bu barədə Avromedia.az-a 5 saylı Şəhər Klinik Xəstəxanasından məlumat verilib:
"Gənc aktyorumuz Cacid Telman evində qaz partlaması nəticəsində ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hazırda 5 saylı xəstəxanadadır.
Məlumata görə, hadisə hamam otağındakı suqızdırıcı cihazın partlaması nəticəsində baş verib. Aktyorun aşağı ətraflarında ciddi yanıq xəsarətləri var. Həkimlər hələ dəqiq söz demir və müalicə tədbirləri davam etdirilir.