Bakıda dönərxanaların birində zəhərlənmə hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə şəhərin Nizami rayonu, Babək prospekti, 65 ünvanında qeydə alınıb.
Belə ki, zəhərlənmə diaqnozu ilə 2 nəfər 3 saylı Şəhər Klinik Xəstəxanasına, 3 nəfər isə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Onlardan 2-nin 33, digərlərinin isə 30, 26 və 24 yaşları var.
Hazırda həmin şəxslərin müalicələri davam etdirilir.